İrəvan uçurumun kənarında: investisiya kəskin azaldı

dunya
1-06-2016, 12:27 641
İrəvan uçurumun kənarında: investisiya kəskin azaldı
Ermənistana xarici investisiya qoyuluşu rekord tempdə azalmağa davam edir.
Axar.az-a istinadən, bu ilin yanvar-mart aylarında Ermənistana investisiya qoyuluşu 58 faiz azalaraq 14 milyard 987 milyon drama (31 milyon dollar) düşüb.
Ötən ilin analoji dövründə bu rəqəm 35 milyard 292 milyon dram (73,5 milyon dollar) təşkil edib.
"Ermənistanın ənənəvi tərəfdaş ölkələri ilə ticarət əlaqələri kəskin zəifləyib", - ölkənin "Çorrord İşxanutyun" qəzeti yazıb.