Azərbaycanda orqan transplantasiyası aktuallaşır

sehiyye
31-05-2016, 14:33 1288
Azərbaycanda orqan transplantasiyası aktuallaşır
İcbari tibbi sığorta paketinə daha bir xidmət, yəni orqan köçürmə də əlavə oluna bilər. Əgər bu xidmət sığorta paketinə əlavə olunarsa, vətəndaşlar ehtiyac olduqda daha az məbləğə bu xidmətdən yararlana biləcəklər. Günümüzdə isə daha çox ölkələrdə aktual olan bu xidmət növündən vətəndaşlar xəbərsizdir. Bəs orqan sığortasının əhəmiyyəti nədir və üstünlükləri varmı?
İcbari tibbi sığorta tətbiq edildikdən sonra orqan köçürmə üzrə bütün xərclər də sığorta şirkəti tərəfindən ödəniləcək.
Xezerxeber-ə istinadən, tibbi sığorta üzrə ekspert Anar Verdiyev deyir ki, icbari tibbi sığorta paketinə bu xidmətin salınması müzakirə olunur.
Orqan, yaxud da bədən üzvünün sığortası, əsasən, şou nümayəndələrinin maraq dairəsindədir. Nümunə olaraq futbolçu Ronaldo ayaqlarını 144 milyon, David Behkem isə 70 milyon dollara sığortalatdırıb. Bu sığortadan faydalanan müğənnilər, aktyorlar da az deyil. Lakin bizim cəmiyyətin çoxu orqan sığortasından məlumatsızdır.
Sığortaçı ekspertin sözlərinə görə, elə bu səbəbdəndir ki, orqan sığortası tibbi sığorta paketinə əlavə edilməyib. Ekspert Anar Verdiyev deyir ki, orqan sığortası elə öz həyatımız üçün vacibdir. Orqan sığortasının qiymətləri isə icbari tibbi sığorta paketinə salındıqdan sonra təlabat əsasında müəyyən ediləcək.