» » Orta məktəbdə YANĞIN


Orta məktəbdə YANĞIN

24-08-2015, 11:24
Oxunub: 599
Çap et
Orta məktəbdə YANĞIN Bu gecə Lənkəranda yanğın hadisəsi baş verib.
APA-nın cənub bürosunun məlumatına görə, hadisə saat 01.30 radələrində rayonun Viyən kənd orta məktəbinin binasında qeydə alınıb. Yanğının söndürülməsi üçün hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin 2 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Onların səyləri nəticəsində yanğın söndürülməklə alov dalğasının əhatə dairəsinin genişlənməsinin qarşısı alınıb.
Yanğın zamanı xəsarət alan olmasa da, ümumi sahəsi 1920 kv.m olan birmərtəbəli məktəbin bir otağı 40 kv.m, digər otağının tavan hissəsi 10 kv.m və dam örtüyü 10 kv.m sahədə yanaraq yararsız vəziyyətə düşüb.
Yanğının nə səbəbdən qaynaqlandığı hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
Reytinq: