Prezident abidəni ziyarət etdi

siyaset
27-05-2016, 14:41 1076
Prezident abidəni ziyarət etdi
Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə paytaxtın İstiqlaliyyət küçəsində ucaldılmış abidəni Respublika Günü münasibətilə mayın 27-də ziyarət edib.

“Qafqazinfo” xəbər verir ki, abidənin ətrafında fəxri qarovul dəstəsi düzülüb. Dövlət başçısı abidənin önünə əklil qoyub. Sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.