Allahşükür Paşazadə: "Yalnız bu təqvimdən istifadə olunmalıdır"

maraqli
26-05-2016, 13:39 1348
Allahşükür Paşazadə: "Yalnız bu təqvimdən istifadə olunmalıdır"
"Azərbaycanda ramazan ayı ilə bağlı yalnız Qafqaz Müsəlmanları İdarəsi tərəfindən tərtib edilən təqvimdən istifadə olunmalıdır".
Trend-ə istinadən, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə deyib.
A.Paşazadə bildirib ki, bəzən kənardan düzgün olmayan təqvimlər gətirirlər: "Bu təxribatdır, bütün dindarlar diqqətli olmalıdır, bu istiqamətdə müvafiq dövlət qurumları ilə əməkdaşlıq etməlidirlər".
QMİ sədri bildirib ki, bəzi qüvvələr Azərbaycanda məzhəb ayrı-seçkiliyi yaratmağa, sabitliyi pozmağa çalışırlar: "Biz hər birimiz diqqətli olmalı, bu cür qüvvələrə imkan verməməliyik".
A.Paşazadə deyib ki, ramazan ayında oxunan moizələrdə dini məsələlərlə yanaşı, vətənpərvərlik də təbliğ olunmalıdır.