İki avtomobil toqquşdu, xəsarət alan var - FOTO

hadise
25-05-2016, 14:24 1027
İki avtomobil toqquşdu, xəsarət alan var - FOTO
Bu gün səhər saat 9 radələrində Bakı-Qazax avtomagistralının Tovuz rayonunun Dönük Qırıqlı kəndi ərazisindən keçən hissəsində yol qəzası baş verib.

Kəpəz TV (Region TV) xəbər verir ki, "Mitsubishi Pajero" ilə "VAZ 21 011" markalı avtomobillər toqquşub və bir nəfər xəsarət alıb. Yaralı təcili tibbi yardım maşını ilə Şəmkir Mərkəzi Rayon Xəstəxanasına aparılıb. İlkin müayinədən sonra xəstənin vəziyyətinin qənaətbəxş olduğu bildirilib.