Avropa Yenidənqurma və İnkişaf Bankı Azərbaycan manatında istiqrazlar buraxacaq
iqtisadiyyat
25-05-2016, 14:18
1022
"Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycan manatında istiqrazlar buraxmağa hazırdır".
Trend-ə istinadən, bunu AYİB prezidenti Suma Çakrabati Bakıda bu gün keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, 2016-cı ildə manat istiqrazlarının buraxılması ilə bağlı bütün hazırlıq prosesi tam başa çatıb.