İlham Əliyevin də iştirak etdiyi sammit başladı

siyaset
23-05-2016, 16:55 1159
İlham Əliyevin də iştirak etdiyi sammit başladı

Türkiyədə Azərbaycan prezidenti İlham Əliyevin də iştirak etdiyi Ümumdünya Humanitar Sammiti öz işinə başlayıb.

“Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, sammitdə BMT-nin baş katibi Pan Gi Mun, 60-a yaxın dövlət və hökumət rəhbərləri iştirak edirlər.

Proqrama uyğun olaraq, prezident Ərdoğan ölkə liderləri ilə səhər yeməyində görüşüb. Mətbuata bağlı görüşdən sonra bütün ölkə liderlərinin iştirakı ilə ailə fotosu çəkiləcək.

Qeyd edək ki, sammitdə iştirak etmək üçün Almaniya kansleri Angela Merkel də bu gün İstanbula gedib.