“Beşiktaş” onu da aldı

idman
24-08-2015, 10:07 934
“Beşiktaş” onu da aldı Türkiyənin “Beşiktaş” klubu heyətini gücləndirməkdə davam edir. Axar.az xəbər verir ki, “Qara qartallar” İngiltərənin “Liverpul” klubunun yarımmüdafiəçisi, braziliyalı istedalı futbolçu Lukas Leyva ilə anlaşıb. Futbolçu icarə müqaviləsi əsasında “Beşiktaş” formasını geyəcək. Bu gün klub rəhbərliyinin yaydığı məlumata görə, 28 yaşlı futbolçu yaxın günlərdə İstanbula gələrək sağlamlıq testindən keçəcək. Bildirək ki, “Mersisaydlılar”ən əsas heyətinə düşməkdə çətinlik çəkən Leyva ilə İtaliyanın “İnter”, “Yuventus”, “Milan” kimi klubları maraqlanırdı.