Cəlilabad sakinini ilan sancdı

hadise
19-05-2016, 16:12 929
Cəlilabad sakinini ilan sancdı
Cəlilabadda təsərrüfat işləri görən şəxsi ilan sancıb.
Qafqazinfo bildirir ki, hadisə bu gün səhər saatlarında rayonun Cəlayır kəndində baş verib. Kənd sakini, 33 yaşlı Əlisafa Əliyev Örüş sahəsindəki biçilmiş otları toplayarkən ilan onun sol ayaq nahiyyəsindən sancıb.
Əlisafa Əliyev vaxtında özünü evə çatdırıb.
Xəstəxanaya gətirilən xəstəyə ilan zəhəri əleyhinə zərdab vurulub. Hazırda vəziyyəti normaldır.
Bu, Cəlilabadda bu il qeydə alınmış ilk ilan sancmasıdır.