Azərbaycan Ordusunun şəhidi dəfn olundu - FOTO

gundem
18-05-2016, 13:02 957
Azərbaycan Ordusunun şəhidi dəfn olundu - FOTO
Mayın 17-də qoşunların təmas xəttində qarşı tərəflə atışmada şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu əsgər Tahirli Natiq Namiq oğlu dəfn edilib.
Anspress-ə istinadən, şəhid bu gün Lerikin Almı kəndində torpağa tapşırılıb.

Dəfn mərasimində şəhidin yaxınları, qəsəbə sakinləri ilə yanaşı, hərbçilər də iştirak ediblər. 18 yaşlı şəhidin dəfn mərasimində Lerik Rayon İcra Hakimiyyətinin rəhbərliyi və nümayəndələri, eyni zamanda rayonun idarə, müəssisə rəhbərləri, şəhidin xidmət etdiyi hərbi hissənin komandiri və hərbçiləri iştirak ediblər. Əsgərlər yaylım atəşi açıblar və şəhid torpağa tapşırılıb.