NATO Azərbaycanın bir addımlığında təlimlərə başladı

dunya
11-05-2016, 14:35 866
NATO Azərbaycanın bir addımlığında təlimlərə başladı
Gürcüstanın Vaziani hərbi bazasında NATO-Gürcüstan "Layiqli tərəfdaş - 2016" adı atlında hərbi təlimlər başlayıb.
Report-a istinadən, təlimlərdə iştirak etmək üçün 650 amerikalı və 150 britaniyalı hərbçi Tbilisiyə gəlib.
Təlimlərdə 500 gürcüstanlı hərbçi iştirak edir.
Xatırladaq ki, sayca ikinci olan "Layiqli partnyor" təlimləri mayın 11-26-da Tbilisi yaxınlığındakı Vazianidə keçiriləcək. Ssenaridə sabitliyin bərqərar olunması, hücum və müdafiə kimi hərbi əməliyyatların keçirilməsi nəzərdə tutulub. Təlimlərin məqsədi NATO-nun çevik qüvvələrinə ( NRF) daxil olan Gürcüstan bölüyünün döyüş hazırlığının artırılmasıdır.