Havanın temperaturu 26 dərəcəyədək yüksələcək

sosial
10-05-2016, 14:31 1112
Havanın temperaturu 26 dərəcəyədək yüksələcək
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında mayın 11-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, səhər və gündüz bəzi yerlərdə yağış yağacağı gözlənilir. Cənub küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 10-14, gündüz 18-23, Bakıda gecə 12-14, gündüz 21-23 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 760 mm civə sütunu, nisbi rütubət gecə 75-80, gündüz 45-55 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında

Mayın 11-də bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, axşam intensiv olacağı gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 10-15, gündüz 21-26, dağlarda gecə 4-9, gündüz 13-18 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoz

Mayın 11-13-də Abşeron yarımadasında iqlim normasına yaxın temperatur rejimi meteohəssas insanlar üçün əlverişlidir.