İki qanun layihəsinə dəyişiklik edildi

iqtisadiyyat
6-05-2016, 13:18 1069
İki qanun layihəsinə dəyişiklik edildi
Milli Məclisin bu gün keçirilən iclasında "Sosial sığorta haqqında" və “Gömrük tarifi haqqında” qanun layihələrinə dəyişiklik edilib.

“Qafqazinfo” xəbər verir ki, dəyişikliyə əsasən qanunun 12-ci maddəsində təklif edilir ki, "tərəflərdə işləyən" sözlərindən sonra", habelə müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən yaradılan sənaye parkında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi fəaliyyətlə məşğul olan sənaye parkının rezidenti, onun podratçısı və podratçısı ilə birbaşa müqavilə bağlamış subpodratçı tərəfindən həmin fəaliyyətin məqsədləri üçün cəlb edilən işçilər sosial ödənişlərdən azad edilsin.

Qanun layihələri səsə qoyularaq qəbul edilib.