Ronaldudan futbolçuya yaraşmayan hərəkət - Amma cəzasız qaldı

idman
5-05-2016, 14:12 1138
Ronaldudan futbolçuya yaraşmayan hərəkət - Amma cəzasız qaldı
Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyununda Kriştianu Ronaldu maraqlı hərəkəti ilə yadda qalıb.
Anspress-ə istinadən, Ronaldu əli ilə "qol" vurub. Futbolçu bu hərəkətinə görə cəzasız qalıb.
"Ronaldu oyundan kənar vəziyyətdə olub və başı ilə zərbə vura bilməyib"
Hadisə "Real Madrid" - "Mançester Siti" qarşılaşmasında baş verib. Matçın 64-cü dəqiqəsində "Kral klubu" küncdən cərimə zərbəsini yerinə yetirib. Nəticədə Qaret Beyl baş zərbəsi ilə uzaq doqquzluğu hədəfə alıb. Lakin top üst dirəyə dəyib. Topa birinci sahib olan Pepe komanda yoldaşı Ronalduya ötürmə edib. Ancaq Kriştianu oyundan kənar vəziyyətdə olub və başı ilə zərbə vura bilməyib. Onun üçün də futbolçu basketbolçu kimi iki əli ilə topu qapıya ötürüb və qol olub. Amma qeydə alınmayıb. Oyunun baş hakimi Damir Skomina isə bu epizodda Ronaldunu cəzalandırmayıb. Lakin qaydalara görə, idmandan kənar və rəqibə hörmətsizlik əlaməti olaraq futbolçu sarı vərəqə ilə cəzalanmalı idi.
Ötən gün "Real Madrid" "Mançester Siti"yə qalib gələrək finala yüksəlib. Komandalar arasında səfərdə baş tutan ilk oyun 0:0 hesabı ilə başa çatmışdı. Madriddə görüşün taleyini bir qol həll edib. Fernandonun 20-ci dəqiqədəki avtoqolu "Real"ı finala yüksəldib. "Real" finalda Madridin digər komandası "Atletiko" ilə qarşılaşacaq. Final görüşü mayın 28-də Milanda "San-Siro" stadionunda keçiriləcək.