“Avtovağzal”ı su basması xəbərinə - Metropolitendən reaksiya

sosial
29-04-2016, 13:26 1208
“Avtovağzal”ı su basması xəbərinə - Metropolitendən reaksiya
““Avtovağzal” stansiyasını su basması xəbəri tamamilə yanlışdır”.

“Realfakt.az” xəbər verir ki, bunu modern.az-a “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib.
O qeyd edib ki, axşam saatlarında yağan güclü yağış stansiyanın avtovağzala olan iki çıxışının qarşısında gölməçələr yaradıb:
“Həmin vaxt sərnişinlərin stansiyaya daxil olmasında çətinliklər yaranıb.
Amma bunun səbəbkarı metropoliten deyil. Biz “Beynəxalq Avtovağzal”ın ərazisinə, orada dayanan avtobusların, maşınların yerində yaranan gölməçələrə cavabdeh deyilik. Biz metro stansiyasına xidmət göstəririk. Stansiyanın daxilində də heç bir subasma baş verməyib”.