Tünzalə Ağayeva intihar edən duet ortağına söz verdi

sou
23-08-2015, 16:56 1037
Tünzalə Ağayeva intihar edən duet ortağına söz verdi Əməkdar artist Tünzalə Ağayeva İnstagram-da bir il öncə intihar edən duet ortağı Suradan yazıb. Milli.Az gecce.az-a istinadən xəbər verir ki, Tünzalə xanım onu mahnılarında yaşadacağını bildirib:
"Gözəl üzlü, gözəl qəlbli Suram. Bir il keçdi aramızdan getdiyindən. Səni həyatda tapmağıma o qədər sevinirdim ki, sonra isə ömrüm boyu həsrətini çəkməliymişəm, demək. Getdin aramızdan. Əslində, heç tərk etmədin ki məni, ailəni, səni sevənləri. Yadındadı mənə "Sən tanımadığım doğmammısan" şeirini oxudun, çox sevdim o şeirini. Sənə "bu sözlərinə mahnı yazacam Sura" demişdim. Sən də sevindin. Bax yazdım mahnını Suram, həm də şən bir mahnı etdim... Sənsiz... Səni mahnılarımda yaşadacam gözəl balam, Allahın izni ilə. Sən bilirsən nə qədər insanın, fərqi yoxdu səni şəxsən tanıyan və tanımayan, hər kəsin qəlbində o qədər gözəl yaşayırsan ki. Həzrət Mevlana demişkən, "Məni məzarda axtarmayın, məni qəlblərdə axtarın". Sura, sən fərqində olmadan belə, bu sevgini qazandın. Ya Rəbbim Suramıza rəhmət!"