Səbaillilərdən beynəlxalq təşkilatlara müraciət - Fotolar

sosial
22-04-2016, 13:00 874
Səbaillilərdən beynəlxalq təşkilatlara müraciət - Fotolar
Bəşəriyyət üçün ən dəhşətli texnogen faciələrdən biri olan Çernobıl qəzasının ildönümü ilə bağlı Səbail Rayon İcra Hakimiyyətində rayon rəhbərliyi ilə qəzanın aradan qaldırılmasının iştirakçıları olmuş rayon sakinlərinin ənənəvi görüşü keçirilib.
Mərasimdə çıxış edən Səbail rayon İcra Hakimiyyətinin Başçı Eldar Əzizov bildirib ki, bu dəhşətli qəza bütün dünyada əks-səda doğurub.
Hadisə nəticəsində 7 min insan həlak olub, 25 min insan güclü radiasiyaya məruz qalaraq ömürlük şikəst olub.
Toplantıda qeyd olunub ki, Səbail rayonunda Çernobıl qəzasının aradan qaldırılmasına iştirak etmiş 96 nəfərin 46-ı müxtəlif dərəcəli əlildir və onlar dövlət tərəfindən müəyyən edilmiş təqaüd, müavinətlər və müraciət etdikləri zaman sanator müalicəsi ilə təmin olunurlar.
Çernobıl qəzasının ləğvində iştirak etmiş səbaillilər dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlara Ermənistan dövlətini işğalçı kimi pislənməsi və Ermənistandakı «Metsamor» AES-nın bölkə üçün ciddi təhlükə və regionda yaşayan iinsanlar üçün yeni texnogen qəza mənbəyi olduğundan dərhal bağlanılması tələbi ilə müraciət ediblər. Birgə bəyanat imzalanaraq KİV-nə göndərilib.