Maddələr mübadiləsini sürətləndirən MÖCÜZƏVİ 10 QİDA

maraqli
20-04-2016, 13:09 1368
Maddələr mübadiləsini sürətləndirən MÖCÜZƏVİ 10 QİDA
Hər bir xanımın yay aylarındakı ən böyük kabusu arzuedilməz artıq çəkilərdir. Ona görə də yay fəslinə gümrah, xoşbəxt və sağlam başlaya bilərsiniz. Gümrah və sağlam həyatın sirri isə maddələr mübadiləsini sürətləndirən qidalardan keçir. Aile.lent.az maddələr mübadiləsini sürətləndirəcək 10 qidadan bəhs edəcək.

1. Yaşıl Çay

Yaşıl çay tərkibindəki polifenol sayəsində güclü bir antioksidandır. Bu səbəbdən bədənimizdə fərqli səbəblərdən yaranan sərbəst radikalları təmizləmə bacarığına malikdir. Lipolitik, yəni yağ yandırıcı və glikojenolitik xüsusiyyəti sayəsində yavaşlayan maddələr mübadiləsini hərəkətə gətirən çox gözəl içkidir.


2. Zəncəfil

Zəncəfil güclü bir antioksidan və antienflamatuvar xüsusiyyəti olan bir bitkidir. Zəncəfil ehtiva etdiyi gingerol və zingibain sayəsində iştahı azaltma xüsusiyyətinə malikdir. Bu səbəbdən zəncəfili yeməklərdə və salatlarda istifadə etsəniz, bədəninizdəki yağın yandırılmasına kömək olar.


3. Limon

Limon C vitamini və posa ilə zəngin meyvədir. Bağırsaq fəaliyyətinin nizamlı olmasına kömək olur. Aparılan araşdırmalar sübut edib ki, kifayət qədər C vitamini qəbul edən insanlar məşq, idman əsnasında daha çox yağ yandırırlar. Bununla yanaşı, qidalanmasında kifayət miqdarda C vitamini olan insanlar aşağı bədən kütlə indeksi ilə digərlərindən fərqlənir. Nəticə olaraq, kifayət qədər C vitamini alsanız, üstəlik, idman da etsəniz, istədiyiniz qədər yağ yandıra bilərsiniz.


4. Alma

Ehtiva etdiyi pektin sayəsində bağırsaq fəaliyyətini qüvvətləndirir. C vitamini tərkiblidir və güclü bir antioksidandır. C vitamini sayəsində, həm də idmanla birlikdə alma sizi artıq çəkidən azad edər.


5. Qreypfrut şirəsi

Qreypfrut yağ yandırma xüsusiyyəti ilə arıqlama proqramlarında yer alan qidalardan biridir. Yeməkdən 30 dəqiqə əvvəl içmək yemək əsnasında daha az yeməyinizə səbəb olacaq, eyni zamanda daha az kalori almış olarsınız. Ancaq qreypfrut içmək bəzi dərmanlarla qarşılıqlı təsirə girə bildiyi üçün bu üsulu tətbiq etməzdən əvvəl dietoloq və ya həkimə məsləhətləşin.


6. Nanə cövhər çayı

Mate çayı tərkibindəki kafein sayəsində yaşıl çay kimi maddələr mübadiləsini sürətləndirərək arıqlamağa səbəb olur. Ən üstün xüsusiyyəti isə yağ yandırıcı xüsusiyyətə malik olan çaydır.


7. Acı bibər - qara bibər

Qırmızı acı bibər tərkibindəki maddələr sayəsində bədən istiliyini artırır və bunun sayəsində oksigen ehtiyacı yaradır. Nəticə olaraq maddələr mübadiləsini hərəkətə gətirir və yağ yandırıcı xüsusiyyəti var. Qara bibər isə ehtiva etdiyi istiot törəməsi birləşmələri sayəsində güclü bir antikanserogen təsirə malikdir. Eynilə qırmızı bibər kimi, maddələr mübadiləsinin hərəkətə gətirir.


8. Qatıq

Qatıq zülal qaynaqlı olduğu kimi ehtiva etdiyi probiotiks sayəsində bağırsaq florasının mühitini nizamlayır. Toxluq hissi yaradır. Bu səbəbdən maddələr mübadiləsini sürətləndirir və arıqlama proqramlarında yağ yandırıcı xüsusiyyəti səbəbindən ilk sırada yer alır.


9. Ağ çay

Qüvvətli bir antioksidandır. İmmunitet sistemini gücləndirir və antikanserogendir. Multi funksional təsirlərə malikdir. Yağ yandırıcı xüsusiyyəti mövcuddur. Bədəndəki yağ nisbətini tarazlamağa kömək edən təsirə malikdir. Bu səbəbdən də piylənmə və piylənmə ilə bağlı problemlərin müalicəsində faydalıdır.


10. Qəhvə

Aparılan araşdırmalar sübut edib ki, qəhvə tərkibindəki kafein sayəsində maddələr mübadiləsini sürətləndirir. Bu səbəbdən gündə 2-3 fincan sadə qəhvə içmək məsləhət görülür. Qəhvə arıqlama proqramlarında da yer alır. Həddindən artıq türk qəhvəsi içmək insulin müqavimətinə gətirib çıxarır. Yaşıl qəhvənin isə regional yağlanma və arıqlamada yağ yandırıcı xüsusiyyəti müşahidə edilib. Sadə neskafe və filtr qəhvə isə maddələr mübadiləsini sürətləndirici təsirə malikdir.