Türk ordusu Suriyaya girmək üçün hazırlaşır

dunya
21-08-2015, 15:01 914
Türk ordusu Suriyaya girmək üçün hazırlaşır Türkiyə Silahlı Qüvvələrinə İraq və Suriyada hərbi əməliyyatlar həyata keçirməsinə icazə verən sənədin müddətinin uzadılması üçün ilk addım atılıb.
Türkiyə mediasına istinadən xəbər verir ki, Xarici İşlər Nazirliyinin hazırladığı sənəd Baş nazirliyə göndərilib.
Hazırda qüvvədə olan sənədin müddəti oktyabrın 4-də başa çatır. Baş nazirliyə göndərilən yeni sənədin mətninin ötənilki sənədin mətni ilə eyni olduğu, məzmununu saxladığı deyilir.
Sənəd lazım olduğu halda Türkiyə Silahlı Qüvvələrinə İraq və Suriyada əməliyyatlarda iştirak etməsinə, həmçinin xarici hərbi qüvvələrin Türkiyə hökumətinin müəyyənləşdirdiyi çərçivədə ölkədə olmasına icazə verir.
Sənədin müddətinin uzadılması üçün Türkiyə Böyük Millət Məclisinin fövqəladə toplantısı çağırılmalıdır.