Şəkidə qız zəhərləndi

hadise
21-08-2015, 14:56 730
Şəkidə qız zəhərləndi Region TV xəbər verir ki, bu gün Şəkidə zəhərlənmə faktı qeydə alınıb. 1998-ci il təvəllüdlü Aytac Balacazadə səhər saatlarında zəhərlənmə diaqnozu ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. İlkin məlumatlara görə, o, dərmandan zəhərlənib. Hazırda onun müalicəsi reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti kafi qiymətləndirilir.