Rusiyada azərbaycanlının qanunsuz alkoqol biznesi aşkar edildi

gundem
15-04-2016, 13:14 1297
Rusiyada azərbaycanlının qanunsuz alkoqol biznesi aşkar edildi
Rusiyada azərbaycanlı məhkəmə qarşısına çıxarılacaq.
Anspress-ə istinadən, Orenburq vilayətinin Orsk Şəhər Prokurorluğundan bildirilib ki, həmyerlimiz külli miqdarda alkoqollu məhsullarının qeyri-qanuni əldə edilməsi, satışına görə saxlanılıb.
İstintaqın məlumatına görə, əslən Azərbaycandan olan şəxs qanunsuz biznesini davam etdirmək məqsədi ilə daha 15 min butulka kustar üsulla hazırlanmış saxta spirtli içki alıb. Cinayətkar həmin məhsulları öz qarajında saxlayıb. Müəyyən edilib ki, o, 2 min ədəd qablaşdırılmış spirtli içkini öz tanışına satıb.
Hüquq-mühafizə orqanlarının əməkdaşları təhqiqat zamanı təqsirləndirilən şəxsin anbarından saxta spirtli içkilərlə yanaşı, ümumi dəyəri 4 milyon rubldan çox (92 min AZN) olan 20-dən çox dünya şöhrətli brendlərin içkiləri götürülüb.
Cinayətkarın təqsiri sübuta yetirilsə, o, 6 il müddətinə azadlıqdan məhrum ediləcək.
Cinayət işi baxılması üçün artıq məhkəməyə göndərilib.