Röyadan sərt sözlər: "Qanacağınız olsun"

sou
21-08-2015, 14:46 1010
Röyadan sərt sözlər: "Qanacağınız olsun" Müğənni Röya Ayxan solo-konsertindən danışıb.
İfaçı "İncə sənət" verilişinə açıqlamasında heç bir həmkarına dəvətnamə vermədiyini bildirib:
"Kiməsə dəvətnamə vermək fikrim yoxdur. Dostlarıma deyirəm ki, mərifətiniz-qanacağınız olsun, gedin dəvətnamə alın. Toyda da pulsuz oxutdurursunuz, konsertə də müftə gəlmək istəyirsiniz. Biz də yemək istəyirik axı. Barmağını verirsən, dirsəyini dişləyilər. Ona görə də dəvət olmayacaq".
R.Ayxan konsert zamanı sakitləşdirici dərmanlar qəbul etdiyini bildirib:
"Sakitləşdiricisiz olmur. Amma bu dəfə az qəbul edəcəm. Bundan əvvəlkilərdə çox qəbul etmişdim, heç nəyi anlamırdım, elə bil ki, buludlarda uçurdum. İki ildir sakitləşdiricidən istifadə edirəm. Başa düşdüm ki, çox yaxşıdır".
Qeyd edək ki, R.Ayxanın solo-konserti bu gün və sabah "Yaşıl Teatr"da baş tutacaq.