Xüsusi Dövlət Mühafizə Xidmətinin hərbi qulluqçuları orden və medallarla təltif edildilər - SİYAHI

gundem
21-08-2015, 14:24 1543
Xüsusi Dövlət Mühafizə Xidmətinin hərbi qulluqçuları orden və medallarla təltif edildilər - SİYAHI Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin hərbi qulluqçularının təltif edilməsi haqqında sərəncam imzalayıb.
Milli.Az istinadən bildirir ki, sənəddə deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Xidməti vəzifələrini yerinə yetirərkən əldə etdikləri yüksək nailiyyətlərə görə və Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşlarının peşə bayramı günü münasibətilə Xüsusi Dövlət Mühafizə Xidmətinin hərbi qulluqçuları təltif edilsinlər:
2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə
Rzayev Vüsal Sabir oğlu - general-mayor.
3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə
Yüsifov Akif İsaxan oğlu - general-mayor.
"Vətən uğrunda" medalı ilə
Hacıyev Niyazi Xanbaba oğlu - general-leytenant
Bayramov Sabir Cümşüd oğlu - polkovnik
Məmmədov Müşviq Camal oğlu - polkovnik
Qənbərov Tofiq Həzrət oğlu - polkovnik
Suleymanov Gülü İmdat oğlu - polkovnik-leytenant
Ələddinov Əli Xeyrəddin oğlu - polkovnik-leytenant
Bityayev Mixail Mixayloviç - polkovnik-leytenant
Heydərov Elçin Yolçu oğlu - polkovnik-leytenant.
"İgidliyə görə" medalı ilə
Məmmədov Elçin Surəddin oğlu - polkovnik
Ağayev Hikmət Səttar oğlu - polkovnik
Hüseynov İlqar Ramiz oğlu - polkovnik-leytenant
Əlmərdanov Vüqar Ələddin oğlu - polkovnik-leytenant
Zeynalov Elsevər Elçin oğlu - mayor
Bəxtiyarov Rəşad Tapdıq oğlu - mayor
Ələkbərov Tofiq İsgəndər oğlu - mayor
Bunyatov Zabulla Hənnan oğlu - mayor.
"Hərbi xidmətlərə görə" medalı ilə
Mirzəyev Vüqar Böyükbəy oğlu - polkovnik
Qəmərli Ceyhun Rafiq oğlu - polkovnik
İbrahimov Elşad Qulaməli oğlu - polkovnik-leytenant
Qədirov Vasif Vahid oğlu - polkovnik-leytenant
Salahov Rauf Balaqardaş oğlu - polkovnik-leytenant
Osmanov Sahib Əlikram oğlu - mayor
Alpaşayev Elman Hacıəhməd oğlu - mayor
Hüseynov Vüsal Elşad oğlu - mayor
Dadaşov Nail Nadir oğlu - mayor
Paşayev Şahin Ağadayı oğlu - mayor
Hüseynov Polad Cəmil oğlu - mayor
Quliyev Sabit Bəkir oğlu - mayor
Fətəliyev Səxavət İskəndər oğlu - mayor
Əsədov Həmid Arif oğlu - tibb xidməti mayoru
İsmayılov Cabir Hüseyn oğlu - kapitan
Əliyev Yalçın Gülhüseyn oğlu - gizir
Hüseynov Azər Aydın oğlu - gizir
Heydərov Tərlan Əbdülxalıq oğlu - gizir
Əliyev Elvir Tofiq oğlu - gizir
Zeynalov Samir Sahib oğlu - baş çavuş
Qafarov Zəki Arif oğlu - baş çavuş
Vəliyev Səbuhi Məmmədağa oğlu - baş çavuş".