Bakıda avtobus qəzası - Ölən və yaralananlar var+Fotolar

hadise
8-04-2016, 13:00 900
Bakıda avtobus qəzası - Ölən və yaralananlar var+Fotolar
Bu gün səhər saatlarında Nizami rayonunda marşrut avtobusları toqquşub.
8-ci kilometr bazarının yaxınlığında 103 və 30 saylı xətt avtobusları, həmçinin Vaz-2107 markalı minik maşını toqquşub.
Səhiyyə Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, qəza nəticəsində hələlik şəxsiyyəti müəyyənləşdirilməyən 60 yaşlı qadın dünyasını dəyişib, 9 nəfər yaralanıb. Yaralılardan 7-si Sabunçu rayonu 3 saylı Şəhər Klinik Xəstəxanasına, 2 nəfər isə Travmotologiya İnstitutuna aparılıb. Yaralıların vəziyyəti orta-ağır kimi qiymətləndirilir.