Azərbaycan və İran dəmir yolu körpüsünün təməli qoyulacaq

medeniyyet
7-04-2016, 15:34 1040
Azərbaycan və İran dəmir yolu körpüsünün təməli qoyulacaq
Azərbaycan, İran və Rusiya bu ölkələrdən keçən nəqliyyat dəhlizlərinə, o cümlədən dəmir yolu şəbəkələrinə böyük önəm verirlər.
Trend-ə istinadən, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov rusiyalı və iranlı həmkarları ilə keçirdiyi üçtərəfli görüşün yekunu üzrə mətbuat konfransında deyib.

O qeyd edib ki, aprelin 20-də Azərbaycan və İran arasındakı sərhəddə dəmir yolu körpüsünün tikintisinin başlama mərasimi baş tutacaq.