Virtual karabakhyuxarı Xatirə İslam: Sən də qeyrətə gəl, bir siqaret alıb həmin ərazilərə get

medeniyyet
6-04-2016, 15:58 1273
 Virtual karabakhyuxarı Xatirə İslam: Sən də qeyrətə gəl, bir siqaret alıb həmin ərazilərə get
“Bu qurdluluqdan əl çəkin”.

Xatirə İslam sosial şəbəkədə ünvanına yazılan tənqidi sözlərə görə sərt cavab verib:
Müğənni instaqram istifadəçilərinə xəbərdarlıq edib:

“Yuxudan durub instaqrama qaçırsız, izlədiyiniz adama xoş olmayan tikanlı atmacalar atırsız. Əliniz nə keçir? Ermənilər bizim burada qırğınlarımıza baxırlar, bəlkə də gülməkdən ölürlər. Allah hamını bilir, ürəklərinə görə verir. Bu qurdluluqdan əl çəkin. Biri yazır ki, qazandığınız pulları əsgərlərə verin, digəri isə onlara ucuz siqaret aldığıma görə tənqid edir. Başqaları isə səngərə getmə səbəbimin reklam olduğunu bildirir.

Ay savadsız insan, mən reklam edirəm? Reklam etdiyimi harda görmüsən? Sən də qeyrətə gəl, bir siqaret alıb həmin ərazilərə get. Yanımda top atıldı, tank gördüm, daha sonra sizin yazılara fikir verdim. Yolda 180-lə sürərərək qadın və uşağa yol verməyənləri görəndə... Kim olursan ol, amma insan ol. Allah köməyimiz olsun”.