Həmsədrlər Bakıda görüşlərə başlayıblar - YENİLƏNİB

gundem
6-04-2016, 15:46 859
Həmsədrlər Bakıda görüşlərə başlayıblar - YENİLƏNİB
Danışıqlar aparılır.

Minsk Qrupu həmsədrləri - rusiyalı İqor Popov, fransalı Pyer Andryu və amerikalı Ceyms Uorlik bu gün Bakıda görüşlərə başlayıblar.
APA-ya istinadən, diplomatların Azərbaycan prezidenti İlham Əliyevlə və digər rəsmi şəxslərlə görüşləri planlaşdırılın.

Həmsədrlər sabah Azərbaycanın işğal olunmuş bölgəsi Dağlıq Qarabağda olacaqlar. Onların Ermənistan səfəri isə aprelin 9-na nəzərdə tutulub.

10:00

Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ATƏT-in Minsk qrupunun həmsədrləri - Ceyms Uorlik (ABŞ), İqor Popov (Rusiya) və Pyer Andriyo (Fransa) Bakıya gəlib.

Oxu.Az Report-a istinadən xəbər verir ki, onlarla birgə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik də Bakıya təşrif buyurub.

Bu gün vasitəçilərin Azərbaycan rəsmiləri ilə görüşəcəyi və görüşlər zamanı son günlərdə təmas xəttində vəziyyətin gərginləşməsinin müzakirə ediləcəyi gözlənilir.

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik vəziyyətin imkan verəcəyi ilk fürsətdə münaqişənin gərginlik müşahidə edilən zonasına səfər edəcək.

Xəbər verdiyimiz kimi, həmsədrlər aprelin 9-da Yerevana səfər edəcək.