Habil Əliyev avqustun 24-də xəstəxanadan evə buraxıla bilər

medeniyyet
21-08-2015, 12:38 891
Habil Əliyev avqustun 24-də xəstəxanadan evə buraxıla bilər Bakı. Cavid Zeynallı – APA. “Həkimlərin dediyinə görə, səhhətində bu cür irəliləyiş davam edərsə, üzümüzə gələn həftənin birinci günü, yəni avqustun 24-də Habil Əliyevi xəstəxanadan evə buraxacaqlar”.
Bunu açıqlamasında xalq artisti, kaman ustası Habil Əliyevin həyat yoldaşı Şərqiyyə Əliyeva deyib. Onun sözlərinə görə, sənətkarın səhhətində ağırlaşma yoxdur: “Səhhətində irəliləyiş var, ciddi mənada problem yoxdur. Yəni stabildir, həkimlər əvvəlki günlərə baxanda irəliləyişin olduğunu deyirlər”.
Qeyd edək ki, xalq artisti Habil Əliyev avqustun 14-də Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilib.