Nizami Kino Mərkəzi pulsuz film nümayişinə başlayıb

medeniyyet
6-04-2016, 15:27 1124
Nizami Kino Mərkəzi pulsuz film nümayişinə başlayıb
Nizami Kino Mərkəzi yeni aksiyaya başlayıb. Həftə ərzində Azərbaycan milli filmləri olaraq pulsuz nümayiş etdiriləcək. Bu barədə kinoteatrdan verilən məlumatda deyilir.
Həftə ərzində tamaşaçılara rejissor Elxan Cəfərovun “Dolu”, Ceyhun Mirzəyevin “Fəryad”, Samir Kərimoğlunun “Mən evə qayıdıram” filmləri nümayiş olunacaq.
Nümayişlərin məqsədi tələbə və gənclərin yerli filmlərə marağının artırılması, onların vətənpərvərlik ruhunda yetişməsinə dəstək verilməsidir.