`O sirlərin çoxu mənimlə gedəcək` - Şeyxdən etiraf

musahibe
30-03-2016, 12:23 1718
`O sirlərin çoxu mənimlə gedəcək` - Şeyxdən etiraf “Ermənilər dünyanın harasında olurlarsa olsunlar, özlərini yazıq göstərirlər və bunun altında öz məkrli niyyətlərini həyata keçirmək üçün çirkin işlər görürlər".
Bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə bildirib. Onun sözlərinə görə, yalan ermənilərin xislətindədir:
“Avropa ölkələrindən birində keçirilən tədbir zamanı erməni dini liderlərindən biri görüşdən sonra yalan danışdığını etiraf etdi. Vazgen adlı erməni dini lideri mənə həqiqəti bildiyini, lakin yalan danışmağa məcbur olduğunu dedi. Əgər erməni dini lideri belə edirsə, digər ermənilərdən nə gözləmək olar?
Ermənilər Azərbaycanın dünyada və regionda iqtisadi qüdrətinin artmasından narahat olur və qorxurlar. Buna görə də daha çox “qışqırmağa” başlayırlar. Türkiyədə ermənilər nə qədər dinc əhalini qırıblar. Amma indi özlərini dünya ictimaiyyətinə “soyqırıma” məruz qalmış xalq kimi təqdim edirlər”.
A.Paşazadə deyib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın apardığı siyasət, Dağlıq Qarabağ münaqişəsi və ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi soyqırımlarla bağlı dünyada aparılan təbliğat işləri erməniləri qorxuya salıb.
Şeyx, həmçinin Şuşanın işğalından da danışıb: “Şuşa işğal ediləndə o zamankı dövlət rəhbərinin yanında idim. Ancaq Şuşanın getməsini elə qarşıladılar ki, elə bil adi bir şey olub. Kiminsə yıxılması, kiminsə hakimiyyətə gəlməsi üçün o torpaqlar getdi. Mən bu hadisələrin içərisində olmuşam, çox böyük xəyanətlər oldu. Bəlkə də o sirlərin çoxu mənimlə gedəcək. Əgər Heydər Əliyev ikinci dəfə hakimiyyətə gəlməsəydi, indi kiminsə köləsiydik”.