» » ABŞ qırıcısı qəzaya düşdü


ABŞ qırıcısı qəzaya düşdü

30-03-2016, 12:14
Oxunub: 555
Çap et
ABŞ qırıcısı qəzaya düşdü Təyyarədən katapultla tullanan pilot hadisə nəticəsində heç bir xəsarət almayıb.
Amerika Birləşmiş Ştatlarının (ABŞ) Əfqanıstanda olan hərbi kontinigentinə aid “F-16” qırıcısı qəzaya uğrayıb. ABŞ müdafiə nazirliyinin sözçüsü Peter Kok hadisənin yerli vaxtla saat 20.30-da Baqramda hərbi hava bazasında uçuş vaxtı baş verdiyini deyib.
Pilotun təyyarədən katapultla tullandığını və hadisə nəticəsində heç bir xəsarət almadığını deyən sözçü hadisənin baş verdiyi yerdə araşdırmalar aparıldığını bildirib.
Kok, qırıcının düşmən atəşi ilə vurulması barədə indiyə qədər heç bir məlumat əldə edilmədiyini də vurğulayıb.
Reytinq: