"Mənim təmənnasız sevgim..."

sou
21-08-2015, 12:25 1246
"Mənim təmənnasız sevgim..." Əməkdar artist Aybəniz Haşımova ad günü münasibətilə özünü təbrik edib.
Axşam.az-ın məlumatına görə, müğənni sosial şəbəkədə qızı Aynişanla bağlı təəssüratlarını da bölüşüb:
“Bu gecə qismət olsa anamın məni dünyaya gətirdiyi günə qədəm qoyacam. Amma mən hesab edirəm ki, əsl doğum günüm qızım Aynişanın ömrümə gəldiyi gündür. Sən mənim qəlbimin hər nöqtəsində vuran ürəyimsən. Sən nə qədər xoşbəxt olursansa, mənim ömrüm o qədərdir. Mənim təmənnasız sevgim, dünyam, varlığım, oğlum, qızım, aldığım nəfəsim, sabahım. Dünyada ən böyük səadət ana olmaqmış. Onu mənə sən bağışladın. Ürəyimi istəsən məndən, deyərəm, yar apar halalın olsun. Anamın bizə bəxş etdiyi doğum günümüz mübarək olsun”.
Qeyd edək ki, A.Haşımovanın ad günü avqustun 22-dədir.