Türkiyə prezidenti təyyarədə futbol izlədi

idman
30-03-2016, 12:10 1040
Türkiyə prezidenti təyyarədə futbol izlədi Ərdoğan Türkiyə-Avstrya matçına ABŞ-a gedərkən baxıb.
Ötən gün Türkiyə-Avstrya millilərinin qarşılaşmasını izləyənlərdən biri də preizdent Rəcəb Tayyib ərdoğan olub. Ərdoğan matçı ABŞ-a səfərə gedərkən, təyyarədə izləyib. Toplantı masası arxasında oyunu prezidentdən başqa digər dövlət rəsmiləri də izləyiblər.
Dövlət rəsmilərinin təyyarədə futbol keyfini əks etdirən video internetdə də yayılıb. Ərdoğanın Hakan Çalhanoğlunun qoluna sevinci diqqətdən qaçmayıb.
"Avro 2016" çempionatı öncəsi yoxlama oyunu Avstryada baş tutub. Matç 2:1 Türkiyənin xeyrinə bitib. Türk millisinə qələbə qazandıran ikinci qolun sahibi isə Arda Turan olub. İlk qol oyunun 43-cü dəqiqəsində vurulub.
Türkiyə prezidenti futbola olan marağı ilə seçilir. R.T.Ərdoğan özü də gənclik illərində futbolçu kimi bir çox oyuna çıxıb. Ərdoğan 1970-ci illərdə öz doğma rayonu Kasımpaşada həvəskar futbol klubunun hücumçusu olub. Hətta bəzi məlumatlara görə , "Fənərbahça" klubu onunla maraqlansa da, Ərdoğanın atası icazə verməyib. Ərdoğan indi də futbol oynamağı sevir. O, 2014-cü ildə paytaxt Ankarada yeni stadionun açılışı zamanı 15 dəqiqə ərzində "xet-trik" nümayiş etdirib.