» » Zaqatalada meşədə meyit tapıldı


Zaqatalada meşədə meyit tapıldı

28-03-2016, 11:02
Oxunub: 708
Çap et
Zaqatalada meşədə meyit tapıldı Abdullayev meşəyə göbələk yığmaq üçün gedib.
Zaqatala rayonu ərazisində meşə zolağında kişi meyiti tapılıb.
Hüquq-mühafizə orqanlarından APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, martın 27-si günorta saatlarında rayonun Dağlı kəndi yaxınlığında meşə zolağında sakinlər tərəfindən 40-45 yaşlı kişi meyiti aşkar edilib.
Hadisə yerinə cəlb edilmiş hüquq-mühafizə orqan əməkdaşlarının apardıqları araşdırma zamanı məlum olub ki, meyiti tapılan şəxs Zaqatala rayonu Dağlı kənd sakini, 1970-ci il təvəllüdlü Rəhman Şahid oğlu Abdullayevdir.
Araşdırma zamanı məlum olub ki, evli və iki övlad atası olan R.Abdullayev meşəyə göbələk yığmaq üçün gedib.
R.Abdullayevin ürək tutmasından öldüyü müəyyən edilib.
Reytinq: