İstanbul derbisinin baş hakimi məlum oldu

idman
17-03-2016, 10:46 1151
İstanbul derbisinin baş hakimi məlum oldu Türkiyə Futbol Federasiyası İstanbul derbisinə Mete Kalkavanı hakim təyin edib.
Türkiyə Super Liqasının 26-cı turunda keçiriləcək "Qalatasaray" - "Fənərbaxça" matçının hakimləri açıqlanıb. Türkiyə Futbol Federasiyası xəbər verib.
"Şükrü Saracoğlu" stadionunda keçirilən oyunu FİFA referisi Cüneyt Çakır idarə etmişdi.
Türkiyə Futbol Federasiyası İstanbul derbisinə Mete Kalkavanı hakim təyin edib. Azərbaycanlı futbolsevərlərindən səbirsizliklə gözlədiyi qarşılaşma bazar günü saat 22:00-da start götürəcək.
Klublar turnir cədvəlində ayrı-ayrı mövqelərdə yer alsa da oyuna maraq həmişə olduğu kimi çox böyükdür. Hazırda "Fənərbaxça"çempionluq uğrunda mübarizə aparır. Son zamanlar heç də yaxşı günlərini yaşamayan "Qalatasaray" da fərqli durum yaşanır.
UEFA tərəfindən aldığı cəza və ardıcıl məşqçi dəyişiklikləri klubun oyununda geriləməyə gətirib çıxarıb. 25 oyundan sonra "Fənərbaxça" 59 xalla turnir cədvəlində ikinci yerdədir. "Qalatasaray" isə 25 oyuna 39 xalla 5-ci yerdə qərarlaşıb. Turnir cədvəlinin lideri “Beşiktaş”ın 25 oyuna 60 xalı var.
Mete Kalkavan Sneyderi cəzalandırır
Mete Kalkavan Sneyderi cəzalandırır
Keçən il əzəli düşmənlər arasında "Şükrü Saracoğlu" stadionunda keçirilən oyunu FİFA referisi Cüneyt Çakır idarə etmişdi. Təcrübəli hakimə Bahattin Duran və Tarık Ongun köməklik etmişdi.