Putin Obamaya hesabat verdi

dunya
15-03-2016, 12:50 1062
Putin Obamaya hesabat verdi Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Barak Obama telefon danışığı zamanı Suriyadakı vəziyyəti müzakirə ediblər.
Kremlin mətbuat xidmətinə istinadən xəbər verir.
Məlumata görə, Putin Obamanı Rusiya aviasiya qrupunun xeyli hissəsinin Suriyadan çıxarılmasına dair qəbul olunan qərar barədə məlumatlandırıb. Putin bu qərarın beynəlxalq terrorçuluqla mübarizədə Rusiya ordusunun qarşısında qoyulan vəzifələrin icra olunmasından sonra verildiyini vurğulayıb.
Tərəflər qeyd edib ki, BMT TŞ-nin 2268 saylı qətnaməsi ilə dəstəklənən Rusiya-ABŞ təşəbbüsü Suriyada münaqişənin miqyasının kəskin azaldılması ilə nəticələnib.
Atəşkəsin qorunması və terror qruplaşmaları ilə effektiv mübarizə üçün Rusiya və ABŞ nümayəndələrinin səylərinin razılaşdırılmasının vacib olduğu qeyd olunub.
Qeyd edək ki, Vladimir Putin Rusiya ordu birləşmələrinin əsas hissəsinin martın 15-dən etibarən Suriyadan çıxarılmasına başlanması barədə göstəriş verib.