“Terror hadisəsi məni dəhşətə gətirdi”

musahibe
14-03-2016, 10:38 1627
“Terror hadisəsi məni dəhşətə gətirdi” "Qurbanların ailələrinə dərin hüznlə başsağlığı verir, yaralılaera təcili şəfa diləyirəm.”
Amerika Birləşmiş Ştatlarının (ABŞ) Türkiyədəki səfiri Con Bass paytaxt Ankarada çox sayda insanın ölümü ilə nəticələnən terror hadisəsini şərh edib. ABŞ diplomatı terakt barədə yaydığı bəyanatda baş verənlərə görə dəhşətə gəldiyini deyib:
“Ankarada baş vermiş terror hadisəsinə görə hədsiz dərəcədə kədərləndim və dəhşətə gəldim. Qurbanların ailələrinə dərin hüznlə başsağlığı verir, yaralılaera təcili şəfa diləyirəm.” – deyə amerikalı diplomat Con Bass bildirib.
Baş verənlərə rəsmi Vaşinqton da münasibət açıqlayıb. ABŞ Dövlət Departamentinin mətbuat sözçüsü Con Kirbi Ankara Kızılayda baş vermiş terror hadisəsini kəskin pislədiyini deyib. Hadisə nəticəsində dünyasını dəyişənlərin ailələrinə başsağlığı verən Kirbi yaralılar üçün şəfa diləyib:
“Terror təhlükəsi ilə müştərək mübarizədə NATO müttəfiqimiz Türkiyə ilə qüvvətli ortaqlığımız olduğunu bir daha ifadə edirəm.” – deyə Kirbi bəyanatında qeyd edib.
Ötən axşam yerli vaxtla saat 18.35-də Türkiyənin paytaxtı Ankaradakı “Kızılay” meydanının yaxınlığında terror hadisəsi baş verib. Kamkadzenin hərəkət alında olan avtomobillə törətdiyi partlayış nəticəsində rəsmi rəqəmlərə görə 34 nəfər ölüb, 125 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Türkiyənin səhiyyə naziri 19 nəfərin vəziyətinin ağır olduğunu bildirib. Bu səbəbdən də ölü sayının artacağı istisna olunmur.