İlham Əliyev Ərdoğana başsağlığı verdi

gundem
14-03-2016, 10:33 1135
İlham Əliyev Ərdoğana başsağlığı verdi Prezident İlham Əliyev mesajında terrorla mübarizəni vacib hesab etdiyini deyib.
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Türkiyənin paytaxtı Ankarada baş vermiş terror hadisəsinə görə, bu ölkənin dövlət başçısına dərin hüznlə başsağlığı verib. Prezident İlham Əliyev Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğana ünvanladığı başsağlığı mesajında terrorla mübarizəni vacib hesab etdiyini ifadə edib. Türkiyə xalqına öz adından və Azərbaycan xalqı adından başsağlığı verən prezident İlham Əliyev yaralılar üçün də şəfa diləyib.
“Türkiyə Respublikasının Prezidenti Zati-aliləri cənab Rəcəb Tayyib Ərdoğana
Hörmətli cənab Prezident,
Əziz qardaşım,
Ankara şəhərində törədilmiş amansız terror aktı nəticəsində çoxsaylı insan tələfatı xəbəri bizi olduqca kədərləndirdi.
Biz bu dəhşətli hadisədən son dərəcə hiddətlənir, terrorizmi qətiyyətlə pisləyir və ona qarşı ən kəskin şəkildə mübarizəni vacib hesab edirik.
Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm.
Allah rəhmət eləsin!
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 13 mart 2016-cı il.”
Martın 13-də yerli vaxtla saat 18.35-də Türkiyənin paytaxtı Ankaradakı “Kızılay” meydanının yaxınlığında terror hadisəsi baş verib. Kamkadzenin hərəkət alında olan avtomobillə törətdiyi partlayış nəticəsində rəsmi rəqəmlərə görə 34 nəfər ölüb, 125 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Türkiyənin səhiyyə naziri 19 nəfərin vəziyətinin ağır olduğunu bildirib. Bu səbəbdən də ölü sayının artacağı istisna olunmur.