Uorlik Qarabağ üçün Tiflisə gəlib

siyaset
9-03-2016, 10:21 982
Uorlik Qarabağ üçün Tiflisə gəlib Həmsədr bu barədə “Twitter” səhifəsində yazıb.
ATƏT-in Minsk Qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik Tiflisdə Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcək.
Bu barədə həmsədr öz “Twitter” səhifəsində yazıb.
"Dağlıq Qarabağ münaqişəsinin müzakirəsi üçün Tiflisə gəldim", - Ceyms Uorlik yazıb.
"Dağlıq Qarabağ problemi "dondurulmuş" münaqişə deyil".
Uorlik bundan əvvəl Dağlıq Qarabağ münaqişəsini Vaşinqton, London və digər ölkələrdə müzakirə edib. Hələ ki, müzakirələrin nəzərəçarpan bir nəticəsi olmayıb.
Ümumilikdə isə Ceyms Uorlik son vaxtlar Qarabağ münaqişəsinin həllində fəallıq mümayiş etdirir. Uorlik mütəmadi olaraq “Twitter” –də keçirilən görüşlər barədə məlumatlar verir.