» » Naxçıvanda kənd təsərrüfatı məhsullarının istehsalı artıb


Naxçıvanda kənd təsərrüfatı məhsullarının istehsalı artıb

21-08-2015, 09:45
Oxunub: 365
Çap et
Naxçıvanda kənd təsərrüfatı məhsullarının istehsalı artıb Naxçıvan Muxtar Respublikasında cari ilin yanvar-iyul ayları ərzində 202 milyon 127 min manat həcmində kənd təsərrüfatı məhsulu istehsal olunub ki, bu da 2014-cü ilin müvafiq dövründəki göstəricini 8,7 faiz üstələyib.
Bu barədə AZƏRTAC-a Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən məlumat verilib.
Həmçinin bu dövr ərzində muxtar respublikada 11,9 min ton ət (diri çəkidə), 57 min ton süd istehsal edilib. Bununla yanaşı, ötən ilin yanvar-iyul ayları ilə müqayisədə ət istehsalı 5,5 faiz, süd istehsalı 1,4 faiz artıb.
Reytinq: