Nazir yeni direktor təyin etdi

medeniyyet
2-03-2016, 16:54 1162
Nazir yeni direktor təyin etdi Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayevin əmri ilə Şirin Yaşar qızı Məlikova Azərbaycan Xalça Muzeyinin direktoru təyin olunub.
Nazirlikdən verilən məlumata görə, yeni direktor muzeyin kollektivinə təqdim edilib.
Xatırladaq ki, 2016-cı il yanvarın 1-də Xalça Muzeyinin keçmiş direktoru Röya Tağıyeva ilə bağlanmış müqavilənin vaxtı bitdiyindən həmin dövrdən direktor vəzifəsini muzeyin baş mühafizi Mira Məmmədxanlı icra edirdi.