Ukraynadan Avropaya Rusiya xəbərdalığı

dunya
2-03-2016, 09:56 1028
Ukraynadan Avropaya Rusiya xəbərdalığı “Şimal axını-2” layihəsinə dəstək vermək Ukraynanın Avropa cəhdlərini cəzalandırmaqdır.”
“Rusiyanın “Şimal axını-2” layihəsinin qarşısı alınmalıdır. Bu layihəyə dəstək vermək Ukraynanın Avropaya doğru atdığı addımları cəzalandırmaqdır.Ukraynanın prezidenti Petro Poroşenko deyib.
Poroşenko Avropa Komissiyasının enerji birliyi üzrə sədr müavini Maroş Şefçoviçlə görüşü zamanı Ukraynanın enerji məsələsində bir çox islahatı həyata keçirdiyini deyib. Tranzit təbii qazın nəqli sayəsində Rusiyanın ölkəsini şantaj etməsinə izn vermədiklərini deyən Poroşenko bu qışı Rusiyadan qaz almadan başa vurduqlarını qeyd edib.
Rusiyanın “Şimal axını-2” təbii qaz boru kəmərinin siyasi bir layihə olduğunu deyən Ukrayna prezidenti bunun dayandırılmalı olduğunu vurğulayıb: ““Şimal axını-2”nin qarşısı alınmalıdır. Layihəyə dəstək vermək Ukraynanın Avropa istiqamətində atdığı addımları cəzalandırmaqdır.”
Bundan başqa Petro Poroşenko Avropa Komissiyasını Ukraynanın təbii qaz infrastrukturunun modernizasiyasına dəstək verməyə çağırıb.
Daha sonra Ukraynanın baş naziri Arseniy Yatsenyuk da Avropa Komissiyasının enerji birliyi üzrə sədr müavini Maroş Şefçoviçlə bir müdət görüşüb.
“Şimal axını-2” layihəsi Rusiyadan Baltik dənizinin altı ilə Almaniyaya ümumi tutumu 55 milyard kubmetr olan iki ayrı təbii qaz kəmərinin döşənməsini nəzərdə tutur. Layihə üçün rəsmi razılaşma ötən ilin sentyabr ayında Rusiyanın “Qazprom” şirkəti, Almaniyanın enerji şirkətləri “E.ON” ilə “BASF” və Avstriyanın “OVM” şirkəti arasında imzalanıb.
Rusiyanın Avropaya transfer etdiyi təbii qaza görə illik təxminən 3 milyard dollara yaxın trnzit pulunu əldən vermək istəməyən Polşa, Slovakiya və Ukrayna kimi Şərqi Avropa ölkələri layihənin həyata keçirilməsinə qarşı çıxırlar.