Yük və minik maşınları toqquşdu, ölən var

hadise
1-03-2016, 10:13 1156
Yük və minik maşınları toqquşdu, ölən var Hadisəyə ilkin ehtimal kimi, minik maşının qəfil hərəkəti göstərilir.
Cəlilabadda rayonunda ölümlə nəticələnən ağır yol qəzası baş verib. Baş Dövlət Yol Polisi İdarəsindən Hadisə Ələt-Astara magistral yolunun Cəlilabad şəhərindən keçən hissəsində qeydə alınıb. Lənkəran rayon sakini Rasim Balabəy oğlu Həsənovun idarə etdiyi “KamAZ” markalı yük maşını Bakı istiqamətində hərəkətdə olarkən qarşı tərəfdən gələn Cəlilabad rayonunun Göytəpə qəsəbə sakini Mehman Tahir oğlu Mürsəlovun idarə etdiyi “Naz Lifan” markalı minik maşını ilə toqquşub. Qəza nəticəsində “KamAZ” markalı yük maşını aşıb, minik avtomobili isə yararsız vəziyyətə düşüb. “Naz Lifan”ın sürücüsü aldığı xəsarətlərindən hadisə yerində dünyasını dəyişib.
Hadisəyə ilkin ehtimal, minik avtomobilinin qəfildən yük maşınının qarşısına çıxması göstərilir.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.
Ötən gün Lənkəranda 4 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Ələt-Astara magistralının 199-cu kilometrliyində, rayonun Digah kəndindən keçən hissəsində Lənkəranın Mamusta kənd sakini, 33 yaşlı Məmmədov Mətləb Malik oğlunun idarə etdiyi “VAZ-2115” və Lənkəran şəhər sakini, 16 yaşlı Abdullayev Kamran İlkin oğlunun idarə etdiyi “VAZ-2107” markalı avtomobillər toqquşub.
Güclü zərbə nəticəsində hər iki avtomobilin sürücüsü və “VAZ-2115” markalı minik maşınının iki sərnişini, rayonun Mamusta kənd sakinləri, 53 yaşlı Mirzəyeva Sevil Həmid qızı və 50 yaşlı Müseyibov Kamran Həmid oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.