İlham Əliyevdən Putinə məktub: `Bu xəbər məni kədərləndirdi`

gundem
29-02-2016, 16:19 1211
İlham Əliyevdən Putinə məktub: `Bu xəbər məni kədərləndirdi` Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə başsağlığı verib.
Başsağlığı mətnində deyilir:
“Hörmətli Vladimir Vladimiroviç,
Vorkutadakı “Severnaya” şaxtasında partlayışlar nəticəsində çoxsaylı insan tələfatı barədə xəbər məni dərindən kədərləndirdi.
Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizə, həlak olanların doğmalarına və yaxınlarına, bütün Rusiya xalqına dərin hüznlə başsağlığı verirəm. Zərərçəkənlərin tezliklə sağalmasını arzu edirəm”.