Lənkəranda 16 sürücü qəza törətdi: yaralılar var

sehiyye
29-02-2016, 10:01 1249
Lənkəranda 16 sürücü qəza törətdi: yaralılar var Yeniyetmə sürücünün sürücülük vəsiqəsinin olmadığı da müəyyən edilib.
Lənkəranda 4 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Hadisə Ələt-Astara magistralının 199-cu kilometrliyində, yolun rayonun Digah kəndindən keçən hissəsində qeydə alınıb. Lənkəranın Mamusta kənd sakini, 33 yaşlı Məmmədov Mətləb Malik oğlunun idarə etdiyi “VAZ-2115” və Lənkəran şəhər sakini, 16 yaşlı Abdullayev Kamran İlkin oğlunun idarə etdiyi “VAZ-2107” markalı avtomobillər toqquşub.
Güclü zərbə nəticəsində hər iki avtomobilin sürücüsü və “VAZ-2115” markalı minik maşınının iki sərnişini, rayonun Mamusta kənd sakinləri, 53 yaşlı Mirzəyeva Sevil Həmid qızı və 50 yaşlı Müseyibov Kamran Həmid oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Kamran Abdullayevin vəziyyəti daha ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib.
İlkin versiyaya görə, qəzaya “Jiquli”nin sürücüsünün ötmə əməliyyatını düzgün yerinə yetirməməsi və qarşı tərəfə çıxması səbəb olub. 16 yaşlı sürücünün sürücülük vəsiqəsinin olmadığı da müəyyən edilib.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsində araşdırmalara başlanıb.