İlhamə Quliyeva bu gün dəfn olunacaq

medeniyyet
26-02-2016, 10:44 1161
İlhamə Quliyeva bu gün dəfn olunacaq Ötən gün 73 yaşında dünyasını dəyişən xalq artisti İlhamə Quliyeva ilə vida mərasimi bu gün baş tutacaq.
Mərasim saat 12:00-dan 14:00-a kimi Rəşid Behbudov adına Mahnı Teatrında keçiriləcək. Mərhum II Fəxri Xiyabanda anası Tükəzban İsmayılovanın yanında dəfn olunacaq.
Qeyd edək ki, ekspertizanın ilkin nəticələrinə əsasən, xalq artisti trombdan (qan damarının tutulması) ölüb. Ekspertizadan sonra İ.Quliyevanın nəşi ailəsinə təhvil verilib.