Azərbaycanlı qol vurdu, "Fənərbaxça" sevindi "Fənərbaxça" Moskvada “Lokomotiv”in qonağı olub.

idman
26-02-2016, 10:22 1054
Azərbaycanlı qol vurdu, "Fənərbaxça" sevindi "Fənərbaxça" Moskvada “Lokomotiv”in qonağı olub. Avropa Liqasının 1/16 final mərhələsinin cavab oyunları davam edir. ANS PRESS-in günün ilk oyununda "Fənərbaxça" Moskvada “Lokomotiv”in qonağı olub.
Oyun 1:1 hesabı ilə yeukunlaşıb. Hesabı 45-ci dəqiqədə "Lokomotiv"in Azərbaycan əsilli futbolçusu Aleksandr Səmədov açıb.
83-cü dəqiqədə "Fənərbaxça"dan Mehmet Topal bərabərliyi təmin edib. Oyun 1:1 hesabı ilə başa çatıb və ilk matçda qələbə qazanan (2:2) türk klubu mərhələ adlayıb.
Bundan əvvəl "Sion"u (İsveçrə) mübarizədən kənaraşdıran Portuqaliya "Braqa"sı mərhələ adlayıb. 1/8 finala çıxan qalan 14 komanda bu gecə müəyyənləşəcək.