İran-Azərbaycan Biznes Forumu baş tutub

siyaset
26-02-2016, 10:15 1315
İran-Azərbaycan Biznes Forumu baş tutub İki ölkə arasında əlaqələrinin genişlənməsi üçün addımlar atılacaq.
İran-Azərbaycan işgüzar forumu keçirilib. ANS TV-nin məlumatına görə, Biznes Forumda çıxış edən iqtisadiyyat nazirinin müavini Sahil Babayev Azərbaycandakı biznes mühiti, aparılan islahatlar, inkişaf potensialı barədə iranlı nümayəndə heyətinə məlumat verib.
Bildirib ki, bu günə qədər İran Azərbaycana 1, 2 milyard dollar həcmində investisiya yatırıb. Bu vəsaitin əsas həcmi neft sektorunun payına düşüb. Azərbaycanda 430 İran şirkəti fəaliyyət göstərir. Prezidentin son səfəri isə iki ölkə arasında iqtisadi əlaqələri daha da möhkəmləndirəcək.
Sahil Babayevin sözlərinə görə, İlham Əliyevin İrana səfəri zamanı Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin daha da inkişaf etdirilməsi ilə bağlı bir sıra razılıq əldə edilib. Bu, iqtisadi əlaqələrin potensialının bir hissəsidir.
İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin iki ölkənin əlaqələrinin genişlənməsi üçün özəl sektorun əlaqələrinin yaxşı olmasının vacibliyini diqqətə çatdırıb.
“Prezident İlham Əliyevin İrana səfəri zamanı 11 sənəd imzalandı. O cümlədən, gömrük sahəsində sənədə də imzalanıb ki, bu da iki ölkənin iqtisadi sahədə əlaqələrinin inkişafına kömək edəcək. Həmçinin, İran vətəndaşlarının Azərbaycana girişi üçün sadələşdirilmiş viza ala bilməsinə dair məsələ də müzakirə olunub. Ümid edirik ki, bu ilin birinci yarısının sonunda məsələ ilə bağlı sevindirici xəbər ala biləcəyik” deyə Möhsun Pak Ayin bildirib.
Səfir deyib ki, iki ölkə arasında bank sektorunda əməkdaşlığın yaxşılaşması, həmçinin gömrük, yükdaşıma rüsumlarının azaldılması ilə bağlı müzakirələr aparılıb və tezli