NATO: Lazım gəlsə Rusiyaya hücum edərik

dunya
26-02-2016, 10:13 986
NATO: Lazım gəlsə Rusiyaya hücum edərik "Bu qlobal bir problemdir və qlobal reaksiyanı labüd edir.”
“Rusiya müxtəlif bölgələrdəki müttəfiqlərimizə və ortaqlarımıza meydan oxuyur. Bu hal qlobal problem yaradır və qlobal etirazı labüd edir.” NATO Avropa Müttəfiq Qüvvələrinin (EUCOM) komandiri general Filip Bredlav deyib. Amerika Birləşmiş Ştatları (ABŞ) Senatının Nümayəndələr palatasında çıxış edən general Bredlav lazım olarsa Rusiyaya hücum edə biləcəklərini açıqlayıb.
“Rusiya ABŞ və NATO ilə düşmən olmaq yolunu seçdi. Bu səbəblə də Rusiya ABŞ və Avropadakı müttəfiqlərimizə qarşı təhlükə yaradır. Beynəlxalq ictimaiyyətdə qəbul olunmuş qaydaları yenidən yazmağa çalışan Rusiya “bufer zona” yaratmaq üçün qonşu ölkələr üzərindəki nüfuzundan istifadə etməyə çalışır.”
NATO generalı Rusiyanın Transatlantik ittifaqını pozamğa çalışdığını iddia edib.
General Bredlav yanvar ayında hazırladığı strateji hesabatda Rusiyanı əsas təhlükə kimi göstərib və buna, Rusiyanın Avropadakı qonşularının suverenliyinə qarşı göstərdiyi hörmətsizliyi, Afrikada hərbi kontinigentini artırmasını və başda Suriya olmaqla EUCOM-un məsuliyyəti altında olan yerlərdəki fəaliyyətini səbəb göstərmişdi.
“Rusiya müxtəlif bölgələrdəki müttəfiqlərimizə və ortaqlarımıza meydan oxuyur. Bu qlobal bir problemdir və qlobal reaksiyanı labüd edir.”